- Köhnə - Siyasət
- 14 Aprel 2018 23:40
- 7 264
Ərdoğan Putin və Makronla telefonda danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın prezidenti Makronla telefon danışığından sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
AzNews.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Əsəd rejiminə istiqamətli əməliyyatla bağlı telefonla Vladimir Putinlə danışıb. Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə danışığı zamanı "Regionda gərginliyin daha da artmaması lazımdır" deyə bildirilib.
Fransa prezidenti Makronun əməliyyatla əlaqədar telefon danışığı zamanı prezident Ərdoğan da Türkiyənin kimyəvi silah istifadəsini həmişə şiddətlə qınadığını bildirib.