Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Pakistan parlamentinin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü xanım Rubina Saadat Qaimxani ilə görüşüb Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Pakistan parlamentinin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü xanım Rubina Saadat Qaimxani ilə görüşüb

Mehriban Əliyevaya mükafat verildi -FOTOLAR

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Pakistan parlamentinin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü xanım Rubina Saadat Qaimxani ilə görüşüb



Qonağı Bakıda görməkdən məmnun olduğunu söyləyən Mehriban xanım Əliyeva Azərbaycan ilə Pakistan arasındakı sıx dostluq münasibətlərinin səviyyəsindən razılıq ifadə edib. Bildirilib ki, ölkələrimiz bütün sahələrdə əməkdaşlıq etməklə yanaşı, həm dövlət, həm parlament, həm də qeyri-dövlət təşkilatları səviyyəsində gözəl əlaqələr qurublar. Bu əlaqələr xalqlarımızın da dost olmasına gətirib çıxarıb. Ölkələrimiz bütün beynəlxalq qurumlarda bir-birinin mövqeyini daim dəstəkləyirlər.
Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Heydər Əliyev Fondu barədə də məlumat verib. Mehriban xanım Əliyeva deyib ki, 10 ildir fəaliyyət göstərən Fond nəinki Azərbaycanda, eləcə də xarici ölkələrdə humanitar, təhsil, mədəniyyət, səhiyyə, qadınların cəmiyyətə inteqrasiyasının asanlaşdırılması istiqamətində layihələr həyata keçirir. Belə layihələrin bir neçəsi məhz Pakistanın müxtəlif şəhərlərində reallaşdırılıb. Fondun təşəbbüsü ilə ölkənin Müzəffərabad şəhərində qızlar üçün məktəb inşa olunub, Peşəvar şəhərindəki göz xəstəxanasının tikintisinə maliyyə yardımı göstərilib, müxtəlif adda tibbi və xeyriyyə aksiyaları həyata keçirilib. Birinci xanım Mehriban Əliyeva belə tədbirlərin davam etdirilməsinin iki ölkə arasında əməkdaşlığa töhfə verdiyinə əminliyini bildirib.
Rubina Saadat Qaimxani Heydər Əliyev Fondunun gördüyü işlərdən məlumatlı olduğunu deyib. Pakistanlı deputat vurğulayıb ki, onun xalqı göstərilən yardımlara görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fonduna və şəxsən Mehriban xanım Əliyevaya minnətdardır.
Xanım Rubina Saadat Qaimxani Prezident Asif Əli Zərdarinin salamlarını və Pakistana dəvətini Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya çatdırıb. Mehriban xanım Əliyeva dəvəti məmnunluqla qəbul edib.
Sonra Mehriban xanım Əliyevaya 2012-ci ilin "Humanizm rəmzi - Dünya miqyasında apardığı xeyirxah fəaliyyətinə, bəşəriyyətin ülvi ideyalarına xidmətinə görə" qadın mükafatı təqdim edilib.
image description image description image description