“Rüstəm İbrahimbəyov bütün titullarından məhrum edilməlidir” - Tahir Kərimli

Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" filminin ssenarisini yazmaqla Azərbaycanda özünə mənəvi qəbir qazıb.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, R.İbrahimbəyov bu filmlə ölkəsinə, millətinə xəyanət edib:

"100 illər boyu ermənilər bizi öz torpağımızda qətlə yetirib, qadın, uşaq, qoca bilmədən başımıza müsibətlər gətiriblər. Bu faciələr fonunda bu insan erməni qarşısında necə sitayiş edir, Azərbaycana necə nifrət edir?"

Millət vəkili hesab edir ki, R.İbrahimbəyov Azərbaycan Respublikasının vətəndaşlığından, bütün titullarından məhrum edilməlidir.

T.Rzayev əlavə edib ki, "Milli Şura" isə Azərbaycan xalqından üzr istəməlidir:

"Əgər "Milli Şura" mənəvi simasını bərpa etmək istəyirsə, xalqdan üzr istəsin. Ona görə üzr istəməlidirlər ki, millətimizi təhqir edənləri özlərinə böyük seçiblər. Rüstəm İbrahimbəyovun başqalarının maliyyə yardımı ilə bu cür film çəkməsi xəyanətdir".

AzNews.az