Çox təəssüf ki, Rüstəm İbrahimbəyov da Əkrəm Əylislinin yolu ilə gedir. “Qafqaz üçlüyü” filmi onun xislətini bir daha ifşa etdi. Bunun adı öz xalqına, doğma el obasına qarşı xəyanətdir! Bu film İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür. Çox təəssüf ki, Rüstəm İbrahimbəyov da Əkrəm Əylislinin yolu ilə gedir. “Qafqaz üçlüyü” filmi onun xislətini bir daha ifşa etdi. Bunun adı öz xalqına, doğma el obasına qarşı xəyanətdir! Bu film İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür.

“Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun xislətini bir daha ifşa etdi”

Çox təəssüf ki, Rüstəm İbrahimbəyov da Əkrəm Əylislinin yolu ilə gedir. “Qafqaz üçlüyü” filmi onun xislətini bir daha ifşa etdi. Bunun adı öz xalqına, doğma el obasına qarşı xəyanətdir! Bu film İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şabran ziyalısı, şair-publisist Aydın Tağıyev deyib.

“İbrahimbəyov tanınmış şəxs olmağından istifadə edib bizim facilərimizi təbliğ edə bilərdi. Azərbaycan torpaqlarının işğalı, Xocalı soyqırımı, bir milyona yaxın qaçqın və köçkünümüz barədə film çəkmək əvəzinə görün nə edib. “Qafqaz üçlüyü” filminə baxıb dəhşətə gəldim. Filmdə Azərbaycan xalqı vəhşi, qəddar obrazda, ermənilər isə alicənab, sülhsevər təqdim olunur. İbrahimbəyov belə bir iş tutmaqla xalqımızın düşməni olduğunu nümayiş etdirdi”, - deyə Aydın Tağıyev bildirib.

Aydın Tağıyev qeyd edib ki, insanlar iqtidara qarşı müxalif mövqedə ola bilər. Buna görə kimsə qınanmaz. Amma İbrahimbəyovun tutduğu əməl birbaşa Azərbaycan xalqına qarşı yönələn xəyanətkar addımdır. “İbrahimbəyovun bu xəyanəti xalqımız tərəfindən heç zaman bağışlanmayacaq. Xalqına nifrət edən o xalqın fəxri adını daşıya bilməz. Bu film onun yaradıcılığında, həm də həyatında qara ləkə kimi həmişə üzünə vurulacaq. Vətənini düşmənə satan xainlərə ar olsun!” - deyə şabranlı ziyalı fikrini tamamlayıb.

AzNews.az