Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Rusiya paytaxtı Moskvada təntənəli tədbir keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Rusiya paytaxtı Moskvada təntənəli tədbir keçirilib.

"Ölkəmiz həmişə çağırışların və təhlükələrin öhdəsindən gəlib" - Polad Bülbüloğlu (Foto)

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Rusiya paytaxtı Moskvada təntənəli tədbir keçirilib.

"Report"un Rusiya bürosu xəbər verir ki, tədbirdə qonaqları Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu salamlayıb.

O, bu tarixin Azərbaycan xalqı üçün əhəmiyyətini qeyd edib. "100 illik yol heç də həmişə asan olmayıb, bəzən faciəvi olub. Lakin ölkəmiz həmişə çağırışların və təhlükələrin öhdəsindən gəlib. Bununla belə, ölkəmiz həmişə sülh, azadlıq, inkişaf və demokratiya ideyalarına cəhd edib", - deyə o bildirib.

AzNews.az