Azərbaycan-Peru hökümətləri Anlaşma Memorandumu imzalanacaq - Foto

"Azərbaycan və Peru hökumətləri arasında beynəlxalq aləmdə əməkdaşlığa dair Anlaşma Memorandumu bu ilin sonunadək imzalana bilər".

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Perunun Azərbaycandakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrini jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan XİN-lə bu istiqamətdə işləyirik. Azərbaycan bizim üçün vacib ölkədir və biz bunun əhəmiyyətini dərk edirik. Bu memorandum ölkələr arasında həm daxili, həm də xarici işlərlə bağlı fikirləri bölüşməyə imkan yaradacaq", - deyə cənab Boldrini əlavə edib.

L.Ç.Boldrini qeyd edib ki, ilin ikinci yarısında Peru xarici işlər naziri müavinin Azərbaycana səfəri gözlənilir.