- Köhnə - Siyasət
- 19 Mart 2013 12:59
- 2 092
Nazirlər Batumidə görüşəcək

Türkiyə, Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlərinin martın 28-də Batumidə görüşü keçiriləcək
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
E. Məmmədyarov mətbuat konfransında Gürcüstan XİN başçısı Maya Pancikidze ilə görüşdə iki ölkə arasında münasibətlər, enerji, iqtisadi layihələr və digər məsələləri müzakirə etdiklərini deyib.
AzNews.az