Azərbaycan kütləvi informasiya vasitələri (KİV) Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarovaya müraciət ünvanlayıblar. Azərbaycan kütləvi informasiya vasitələri (KİV) Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarovaya müraciət ünvanlayıblar.

Azərbaycan KİV-ləri Rusiya XİN-ə müraciət ünvanladılar

Azərbaycan kütləvi informasiya vasitələri (KİV) Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarovaya müraciət ünvanlayıblar.

Trend-in məlumatına görə, müraciətdə qeyd olunur ki, Trend İnformasiya Agentliyinin jurnalistinin bu il iyunun 1-də Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən brifinq zamanı Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinə verdiyi suala cavabın sonradan nazirliyin saytında təhrif olunması qəbuledilməzdir.

Qeyd edək ki, jurnalist A.Kojinə aşağıdakı sualı vermişdi: “Əvvəlki müsahibələrinin birində Ermənistanın baş naziri bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin iştirakı olmadan mümkün deyil. Bununla bağlı sual yaranır: fikrinizcə, bu cür bəyanatlar nə dərəcədə nizamlanma prosesini mürəkkəbləşdirir və tərəflərə ümumi dil tapmağa mane olur?”

Bu suala Rusiya XİN nümayəndəsi aşağıdakı kimi cavab verib:

"Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Mən belə deyərdim”.

Lakin bir saat keçdikdən sonra Rusiya XİN-in rəsmi saytında brifinqin stenoqramı yerləşdirildikdə A.Kojinin cavabındakı “ümumiyyətlə” («вообще») sözü naməlum səbəblərdən “sizin” («ваши») sözü ilə əvəz edilib və nəticədə rusiyalı diplomatın cavabının məğzi tamamilə təhrif olunub.

Müraciəti imzalayan Azərbaycan kütləvi informasiya vasitələri nümayəndələrinin siyahısı:​

Azərbaycan Mətbuat Şurası A. Amaşov

Azərtac - A.Aslanov

"Azərbaycan" qəzeti - B.Sadıqov

"Xəzər" qəzeti

"Bakı Raboçi" qəzeti - R.Hacıyev

"Yeni Azərbaycan" qəzeti - H.Məmmədov

"Səs" qəzeti - B.Quliyev

"İki sahil" qəzeti - V.Rəhimzadə

"Xəzər" qəzeti - İ.Hüseynov

"Kaspi" qəzeti - I.Quliyev

"Şerq" qəzeti - A.Vəliyev

"Olaylar" qəzeti - Y.Oğuz

"525-ci qəzet" - R.Məcid

"Palitra" qəzeti - N.Əliyev

"Azərnyus" qəzeti - S.Mikayılov

"Xalq Cəbhəsi" qəzeti E.Mirzəbəyli

"Ədalət" qəzeti -A.Abbas

"Bakı Xəbərr" qəzeti - A.Quliyev

Yeni Müsavat qəzeti - R.Abbasov

"Bizimyol" qəzeti - B.Həziyev

"Trend" informasiya agentliyi - İ.Hüseynov

APA Xəbər Agentliyi - V.Abişova

«Azadinform» - N.Niftiyev

"Hesabat" İnformasiya Agentliyi - M.Əliyev

"Haqqın.az" informasiya portalı - E.Fətullayev

Qafqazinfo - E.Seyfullayev

AzNews.az