- Köhnə - Siyasət
- 5 İyun 2018 21:35
- 3 877
Daha bir lider İlham Əliyevə məktub göndərdi - Foto
Laosun dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
AzNews.az-ın məlumatına görə, Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:
"Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına Laos xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr xalqlarımızın maraqları, dünyada sülh və beynəlxalq əməkdaşlıq naminə daha da möhkəmlənəcək.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".