"Cənub Qaz Dəhlizi layihəsinin icrası Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi baxımından böyük önəm daşıyır". "Cənub Qaz Dəhlizi layihəsinin icrası Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi baxımından böyük önəm daşıyır".

"Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyində böyük önəm daşıyır" - Bolqarıstan səfiri

"Cənub Qaz Dəhlizi layihəsinin icrası Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi baxımından böyük önəm daşıyır".

APA-nın məlumatına görə, bunu bu gün Bolqarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Nikolay Yankov etimadnaməsini prezident İlham Əliyevə təqdim edərkən bildirib.

N. Yankov ölkəsinin gələcəkdə bu layihədə tranzit rolu oynaya biləcəyini söyləyib, Bolqarıstanın bu mühüm layihənin reallaşmasına siyasi sadiqliyini bir daha ifadə edib.

Prezident İlham Əliyev bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışının önəmini qeyd edərək, yaxın günlərdə TANAP-ın da işə salınacağını nəzərə çatdırıb, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib. Dövlət başçısı Bolqarıstanın bu layihənin mühüm tərkib hissəsi olduğunu və gələcəkdə digər ölkələrə Azərbaycan qazının çatdırılması üçün tranzit rolu oynaya biləcəyini qeyd edib.

AzNews.az