TANAP təkcə Türkiyəni deyil, həm də Avropanı qazla təmin edəcək - Menaqarişvili (Foto)

TANAP təkcə Türkiyəni deyil, həm də Avropanı qazla təmin edəcək.

Trend-in məlumatına görə, bunu "Sputnik-Georgia"ya müsahibəsində Gürcüstanın sabiq xarici işlər naziri İrakliy Menaqarişvili deyib.

İ.Menaqarişvili bildirib: "TANAP Gürcüstan, Azərbaycan və Türkiyənin 90-cı illərin ortalarından tikdikləri dəhlizin davamıdır. TANAP təkcə Türkiyəni deyil, həm də Avropanı qazla təmin edəcək. Ona görə böyük enerji dəhlizi layihəsinin bu mərhələsi bütün iştirakçılar, o cümlədən Gürcüstan üçün, sözsüz ki xüsusi əhəmiyyətə malikdir".

Sabiq nazir vurğulayıb ki, Gürcüstan TANAP qaz kəmərinin yaradılmasında mühüm rol oynayıb: "Təbii ki, bu layihənin növbəti mərhələsinin açılışında dövlətimizin başçısı iştirak edəcək".