- Köhnə - Siyasət
- 13 İyun 2018 12:57
- 4 512
İyunun 28-də AŞPA-da Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunacaq
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq.
APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, iclas iyunun 28-də AŞPA-nın iyunun 25-29-da keçiriləcək yay sessiyası çərçivəsində baş tutacaq.
Monitorinq komitəsinin iyunun 26-da keçiriləcək iclasında isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun yerinə qurumun Serbiya üzrə həmməruzəçi təyin olunacaq.
AzNews.az