Gürcüstanda azərbaycanlı deputat cərimə edildi - Zorakılığa görə (Foto)

Gürcüstanın Rustavi şəhər məhkəməsi Marneuli insidentində adı hallanan azərbaycanlı deputat Azər Süleymanovla bağlı qərar qəbul edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, deputat 4 min lari məbləğində cərimə olunub.

A. Süleymanova qarşı zorakılıq üzrə ittiham irəli sürülüb.