- Köhnə - Siyasət
- 17 İyun 2018 15:01
- 9 212
Ərdoğanın təbliğatında azərbaycanlı bəstəkarın musiqisindən istifadə olundu - Video
Türkiyədə hakim Ədalət və Qalxınma Partiyasının (AKP) və prezident Ərdoğanın təbliğat videolarının birində Azərbaycanlı bəstəkar Tural Bakuvinin “Bahar” kompozisiyasından istifadə olunub.
Bəstəkarın AzVision.az-a dediyinə görə, seçki kampaniyasının təşkilatçıları onunla əlaqə saxlayıb və əsərindən istifadə etmək haqqını alıblar.
Qeyd edək ki, Tural Bakuvi Azərbaycanda bir sıra sevilən mahnıların müəllifidir.
Bu isə “Bahar”kompozisiyasının orijinal variantıdır. Qeyd edək ki, orijinal əsərin aranjmanı Rəmal Rəsula məxsusdur.