"Rusiya Azərbaycan arasında möhkəm siyasi əlaqələr mövcuddur" - İlham Əliyev

"İkitərəfli münasibətlərimiz geniş sahələri əhatə edir, möhkəm siyasi əlaqələr mövcuddur, iqtisadi, ticarət, nəqliyyat, energetika, humanitar və digər sahələrdə yaxşı dinamika müşahidə olunur".

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bu sözləri deyib.

Qeyd edək ki, Vyaçeslav Volodinin rəsmi səfəri 24-25 iyun tarixləri üçün nəzərdə tutulub.