Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub.

AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi təyin olundu

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub.

APA-nın Avropa müxbirinin məlumatına görə, iclasda britaniyalı Roger Gale Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib.

O, həmçinin Monitorinq komitəsinin sədridir.

Digər həmməruzəçi isə avstriyalı Stefan Şennak olaraq qalır.

Qeyd edək ki, bundan əvvəlki həmməruzəçi, rumıniyalı parlamentar Sezar Florin Predaya qarşı AŞPA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi tərəfindən bu ilin mayında sanksiya tətbiq olunub.

Onun adı korrupsiya əməllərində hallanır.

Preda bu səbəbdən Azərbaycan üzrə həmməruzəçilikdən kənarlaşdırılıb.

Sanksiya 2 il ərzində qüvvədə olacaq.

AzNews.az