- Köhnə - Siyasət
- 28 İyun 2018 18:35
- 6 821
Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçuları ilə bağlı Əsasnamə
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərman imzalayıb.
AzNews.az xəbər verir ki, Nazirlər Kabinetinə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını bir ay müddətində müəyyən etmək tapşırılıb.
Xarici Kəşfiyyat Xidməti bu fərmandan irəli gələn məsələləri həll edəcək.