Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisena Azərbaycan Respublikasının Prezidenti İlham Əluyevə məktub ünvanlayıb. Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisena Azərbaycan Respublikasının Prezidenti İlham Əluyevə məktub ünvanlayıb.

Şri-lankanın dövlət başçısı İlham Əliyevə məktub göndərdi

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisena Azərbaycan Respublikasının Prezidenti İlham Əluyevə məktub ünvanlayıb.

AzNews.az xəbər verir ki, məktubun mətnində deyilir.

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Şri-Lankanın hökuməti və xalqı adından səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Müvəffəqiyyətli seçki zəfəriniz Azərbaycan xalqının Sizin istedadınıza, liderliyinizə olan etimad və inamını əks etdirir. Sizə prezidentliyinizin yeni dönəmində böyük uğurlar arzulayıram.

Şri-Lanka ilə Azərbaycan ortaq dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli dostluq münasibətlərindən faydalanırlar. Qarşılıqlı faydaya əsaslanan ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi üçün Sizinlə birlikdə işləmək əzmindəyəm.

Zati-aliləri, ən dərin ehtiramımı, möhkəm cansağlığı diləyimi və əmin-amanlığınız üçün xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".