"Azərbaycan ordusu dünya orduları ilə eyni sırada dayanır" - Nazir müavini (Fotolar)

Bakıda Britaniya Kral Hərbi Hava Qüvvələrinin və Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.

AzNews.az APA-ya istinadən xəbər verir kitədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroft bildirib ki, Kral Hava Qüvvələri dünyanın ilk müstəqil qüvvələri olaraq 1918-ci ildə yaradılıb:

"Yenilikçilik ruhu 100 il əvvəl olduğu kimi, bu gün də güclüdür. Onlar millətimizin, dəyərlərimizin təbliğ olunmasında yorulmadan çalışırlar. Onların fəaliyyəti tək döyüş deyil, dünyaya humanitar yardımların çatdırılmasını da əhatə edir.

1918-ci il Azərbaycan üçün də tarixi dönüş ili olub. Həmin ildə müsəlman dünyasında ilk demokratik dövlət yaranıb. Azərbaycan ilk hərbi təyyarəsini alıb və ordusunu qurub. Bu, Britaniya havaqüvvələrinin yaranmasından bir neçə ay sonra baş verib. Ölkələrimiz eyni dəyərləri bölüşən dost və tərəfdaş ölkələrdir. Biz Azərbaycanın Kosovo, İraq və Əfqanıstanda beynəlxalq sülhyaratma əməliyyatlarına verdiyi dəstəyi alqışlayırıq. Hazırda çətinləşən dünyada birgə əməkdaşlıq etməyimiz əvvəlkindən daha çox əhəmiyyət kəsb edir".

Azərbaycan müdafiə nazirinin müavini Ramiz Tahirov çıxışında bildirib ki, Azərbaycan Ordusu artıq bütün döyüş tapşırıqlarını yerinə yetirən orduya çevrilib:

"Azərbaycan ordusu dünya orduları ilə eyni sırada dayanır. Azərbaycan bu illərdə böyük inkişaf yolu keçib. Azərbaycanla Böyük Britaniya arasında əlaqələr ümummilli lider Heydər Əliyevin daim diqqətində olub, İlham Əliyevin prezidentliyi dövründə də uğurla inkişaf edir. İki ölkə arasında əlaqələr müdafiə sahəsində də dərinləşir. Əminəm ki bu əlaqələr gələcəkdə də hər iki ölkə xalqının mənafeyi naminə inkişaf edəcək".

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

image description image description image description image description image description image description