Azərbaycanın işğal altındakı muzeylərinin vəziyyəti araşdırıla bilər

Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma apara bilər.

Bu barədə ICOM-un prezidenti Suay Aksoy APA-nın Gürcüstan bürosuna açıqlamasında deyib.

O bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanın işğal altındakı muzeylərinin hazırkı durumunu görməzdən gələ bilməz: "ICOM beynəlxalq səviyyəli qeyri-hökumət təşkilatıdır və dünyadakı bütün muzeyləri əhatə edir. Azərbaycan tərəfdən işğal altındakı ərazilərdəki muzeylərlə bağlı müraciət daxil olarsa, ICOM bu istiqamətdə iş apara bilər".