Bakıda ABŞ-ın müstəqilliyinin 242-ci ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib. Bakıda ABŞ-ın müstəqilliyinin 242-ci ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib.

"Azərbaycan ABŞ-ın Qarabağ münaqişəsinin ədalətli həlli üçün səylərinə böyük ümid bəsləyir" - Nazir

Bakıda ABŞ-ın müstəqilliyinin 242-ci ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib.

AzNews.az Report-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib.

Azərbaycanın maliyyə naziri Samir Şərifov tədbirdə deyib ki, iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi maraqlar çərçivəsində inkişaf edir: "ABŞ Azərbaycanın regionda həyata keçirdiyi transmilli enerji layihələrinə həmişə dəstək verib". O həmçinin iki ölkə arasında həyata keçirilən səfərlərin və dövlət başçılarının bir-birinə ünvanladığı təbriklərin əhəmiyyətindən danışıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, Azərbaycan ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu münaqişənin ədalətli şəkildə həlli üçün səylərinə böyük ümid bəsləyir.

Daha sonra tədbirdə ABŞ ilə bağlı konsert keçirilib.