Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək. Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək.

Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək - Deputat

Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək.

Trend-in məlumatına görə, bunu türkiyəli millət vəkili, əslən azərbaycanlı olan Şamil Ayrım deyib.

O bildirib ki, iki qardaş ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün əlindən gələni edəcək:

“Həmişə olduğu kimi bundan sonra da Türkiyə bütün istiqamətlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyəcək”.

Ş.Ayrım əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman onun diqqət mərkəzində olacaq:

“Hamıya məlumdur ki, Ermənistan işğalçıdır və işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir”.

AzNews.az