- Köhnə - Siyasət
- 5 İyul 2018 13:46
- 6 042
“Erməni lobbisinə ağır zərbələr endirəcəyik” - Fuad Muradov
“Erməni lobbisinin xaricdə törədiyi təxribatlardan xəbərdarıq. Bununla bağlı Azərbaycan diaspor təşkilatları fəal iş görür”.
APA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, Komitə diaspor təşkilatları ilə bu məsələ ətrafında məsləhətləşmələr aparıb: “Türk diasporu və digər türkdilli ölkələrinin diasporları da bu işdə Azərbaycanın yanındadır, birlikdə işlər görülür”.
F. Muradov qeyd edib ki, erməni lobbisi öz çirkin əməllərindən əl çəkməlidir: “Azərbaycan diasporu olaraq yaxın zamanda erməni lobbisinə ağır zərbələr endirəcəyik. Azərbaycan diaspor təşkilatları istənilən vaxt buna hazırdır”.
AzNews.az