Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Devid Devis istefa verib Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Devid Devis istefa verib

Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri istefa verib

Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Devid Devis istefa verib

APA-nın məlumatına görə, bu barədə “Press Association” agentliyi xəbər verib. “Devid Devis nazir postundan istefa verib”, məlumatda deyilir.

64 yaşlı Devid Devis 2016-cı ilin iyulunda "Brexit" məsələləri üzrə nazir təyin edilib. O, Britaniyanın Avropa İttifaqından çıxması üzrə danışıqlara rəhbərlik edib.

Qeyd edək ki, 2016-cı il iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda seçicilərin 51,9 faizi ölkənin Avropa İttifaqını tərk etməsini dəstəkləyib.