Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Media Forumu öz işinə başlayıb. Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Media Forumu öz işinə başlayıb.

“Düşmən heç vaxt “azərisən, yoxsa türk?” deyə soruşmaz” - Türkiyəli səfir

Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Media Forumu öz işinə başlayıb.

AzNews.az Yenicag.az-a istinadən xəbər verir ki, forumda çıxış edən Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycan və Türkiyə dövlətləri arasında qurulan münasibətlərdən söz açıb:

“Bu forumda çıxış etdiyim üçün qürur duyuram. Sizlər Azərbaycanın bu gününü Türkiyəyə, Türkiyənin bu gününü Azərbaycana çatdıracaqsınız. Eyni dildə danışan kifayət qədər ölkələr var. Amma heç biri bizim kimi bir millət, iki dövlət deyil. Azərbaycan Cümhuriyyətini elan edən o müqəddəs şəxslər 23 aydan sonra Türkiyəyə mühacirət etmişdilər. Cümhuriyyət dönəmində bir çox gənc təhsil almaq üçün Türkiyəyə üz tutdu. Həmin gənclər daha sonra Türkiyə Cümhuriyyətinin qurulmasında önəmli rol oynayıblar. Bolşevik işğalı zamanı da əlaqələrimiz kəsilməyib. Qurtuluş savaşı zamanı da Azərbaycan Türkiyəyə böyük dəstək verib. Bu, çox bilinməyən bir gerçəkdir. Soyuq müharibə illərində bizim bir millət, iki dövlət olduğumuzu unutdurmağa çalışsalar da, bunu bacarmadılar. Düşmən heç vaxt “azərisən, yoxsa türk?” deyə soruşmaz. Düşmən bizim kim olduğumuzu çox yaxşı bilir”.