Azərbaycanın indiyədək keçirdiyi bütün beynəlxalq miqyaslı tədbirlər ölkəmizin böyük təskilatçılıq işi ilə bərabər, həm də ona görə uğur qazanıb ki, irqi, milli, dini fərqlərlə yanaşmalara qəti şəkildə yol verilməyib və humanitar, bəşəri prinsiplərə birmənalı şəkildə üstünlük verilib. Azərbaycanın indiyədək keçirdiyi bütün beynəlxalq miqyaslı tədbirlər ölkəmizin böyük təskilatçılıq işi ilə bərabər, həm də ona görə uğur qazanıb ki, irqi, milli, dini fərqlərlə yanaşmalara qəti şəkildə yol verilməyib və humanitar, bəşəri prinsiplərə birmənalı şəkildə üstünlük verilib.

“Azərbaycana dostlar da, düşmənlər də gələ bilər, ancaq...” - Aydın Quliyev

Azərbaycanın indiyədək keçirdiyi bütün beynəlxalq miqyaslı tədbirlər ölkəmizin böyük təskilatçılıq işi ilə bərabər, həm də ona görə uğur qazanıb ki, irqi, milli, dini fərqlərlə yanaşmalara qəti şəkildə yol verilməyib və humanitar, bəşəri prinsiplərə birmənalı şəkildə üstünlük verilib.

Bunu Trend-ə "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev erməni əsilli Zara Mqoyanın “Jara” festivalında iştirak etməsinə münasibətini açıqlayarkən deyib.

A.Quliyev bildirib ki, Azərbaycanın sahiblik etdiyi bütün beynəlxalq tədbirlər ölkəmizin nail olduğu tolerant dəyərlərdən çıxan köklü fenomen kimi nümayiş etdirilib: "Jara" beynəlxalq mahnı festivalına da bu kontekstdə baxmaq lazımdır. Belə tədbirlər ölkəmizin mənəvi, iqtisadi, siyasi, demoqrafik gücünün nümayiş etdirilməsi üçün əla imkandır. Dostların da, bizə dost kimi baxmayanların da ölkəmizin sahiblik etdiyi tədbirlərdə iştirakı ölkəmizin ancaq maraqlarına işləyir. Çoxlu faktlar gətirməklə sübüt etmək olar ki, hansısa bir olkəyə öncədən pis niyyətlə gələn adi, hətta tanınmış adamlar reallığın təsiri altında fikirlərini dəyişiblər, həm də müsbət tərəfə dəyişiblər".

Ekspertin sözlərinə görə, Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi tək bir iddia ilə bağlıdır: "Bu iddia dostlarımızı özümüzə daha çox yaxınlaşdırmaq, bədxah və düşmən kimi baxanların təsəvvürlərini dəyişmək, bununla da ölkəmizin dünyada manevr meydanını genişləndirməkdir. Ortada bu qədər aydın və uzaq hədəflərə işləyən məqsəd varsa, ölkəmizə hər bir əcnəbinin qanuni şəkildə edilən səfərinə belə baxmalıyıq. Həqiqətən də Azərbaycanın tolerant və inkluziv cəmiyyətində xarici ölkələrdən gələnlərin istər idmançı, müğənni və ya diplomat olsun, fərq etməz, davranış və baxışları təkmilləşirsə, və ya müsbətə doğru dəyişilirsə, biz buna böyük nailiyyətimiz kimi baxmalıyıq. Pis hesab etdiyin qonağın üzünə qapı bağlamaq ən bəsit, ən emosional, ən düşüncəsiz və ən ziyanlı davranışdır. Azərbaycan heç vaxt belə zəif mövqe göstərməyib və yəqin göstərməyəcək də".

Baş redaktor qeyd edib ki, ölkəmiz qanunların və müvafiq dövlət orqanlarının tam nəzarəti altında hər kəsin üzünə açıqdır: "Kimlərdənsə gizlədiləsi eybimiz və ya kimlərinsə qarşısında arqumentsiz bir dövlət mövqeyimiz yoxdur. "Jara" festivalına dostlarımızı daha da yaxınlaşdıran, bədxahlarımızı islah edən, tanımayanlara ölkəmizin tanınması üçün real bir arena kimi baxılmalıdır. Azərbaycana dostlar da düşmənlər də gələ bilər, ancaq oğru kimi və gizli yox, dövlətimizin tam nəzarəti altında gəlib getməlidirlər".

AzNews.az