Panik kəndində 102-ci hərbi bazanın kəşfiyyat rotasının hərbi təlimlər keçirməsinin ajiotaj yaratması süni qurulmuş məsələ idi: Panik kəndində 102-ci hərbi bazanın kəşfiyyat rotasının hərbi təlimlər keçirməsinin ajiotaj yaratması süni qurulmuş məsələ idi:

Panik kəndindəki insident Paşinyanın ilk ciddi antiRusiya təxribatıdır - Mübariz Əhmədoğlu

Panik kəndində 102-ci hərbi bazanın kəşfiyyat rotasının hərbi təlimlər keçirməsinin ajiotaj yaratması süni qurulmuş məsələ idi:

ı. Panik kəndi “Alagöz” poliqonunun yaxınlığındadır. Bu poliqonda hətta tankla, artilleriya ilə hərbi təlimlər keçirilir. Başqa sözlə, əhali daha gurultulu atəş səslərinə alışıblar. Öz qaydalarına uyğun 102-ci hərbi bazanın Alagöz təlim poliqonundan bir neçə yüz metr aralıda hərbi təlim keçirməsi daha məqsədə müvafiqdir.

ıı. 102-ci hərbi baza ilə Ermənistan hökuməti arasında imzalanmış müqaviləyə əsasən hərbi təlimlər barədə yerli əhalini məlumatlandırmaq Ermənistan hökumətinin işidir. Bu təlim kəşfiyyat xarakterli olduğu üçün müəyyən spesifiklik tələb edir. Əhalinin məlumatlandırılmasının da spesifik variantları tapıla bilərdi.

ııı. Ermənistanda Rusiya hərbi bazasına qarşı həssaslıq həmişə mövcud olub. Amma bu həssaslıq dalğavarı inkişafdadır. İndi həssaslıq artan fazadadır. RF-in Ermənistandakı səfiri istəsəydi həssaslığın artdığını görərdi. RF-in Ermənistandakı səfiri S.Kopırkin Panik hadisəsindən bir neçə gün öncə Gümrüdə olarkən hərbi texnikanın hərəkətinin dağıtdığı küçələrin bərpasını, hərbi bazanın bərpasını, hərbi bazanın binasının şəhər meriyasının balansına verilməsinin çətinlikləri müzakirə edildi. Gümrü şəhəri hərbi şəhərciyi qaz və su təchizatını özüzərinə götürə bilmir. RF səfiri S.Kopırkinin Gümrüdə apardığı danışıqlar Ermənistan tərəfinin narazı olduğunu üzə çıxardı. Mitinq abı-havasının qüvvədən düşmədiyi Ermənistanda rusiyalı diplomat hansısa təxribatın hazırlandığını görməli idi. RF hərbi hissəsini qaydalara daha ciddi əməl etməyə çağırmalı idi.

Panik kəndində baş verənləri baş nazir N. Paşinyan Rusiya-Ermənistan münasibətlərinə və Ermənistanın suverenliyinə qarşı təxribat kimi dəyərləndirdi. Bəzi ekspertlər (Moskvada yaşayan İranşünas K.Gevorkyan) bunu hətta N.Paşinyana qarşı təxribat kimi dəyərləndirdilər. Belə məsələlərdə kifayət qədər təcrübəsi olan köhnə hakimiyyətin təmsilçisi, Ermənistan parlamentinin beynəlxalq münasibətlər komissiyasının sədri A.Aşotyan bu işi tez ört-basdır etməyə çağırsa da N.Paşinyan öz yolunu davam etdirdi.

Panik kəndindəki hadisədən 1 həftədən sonra verdiyi müsahibədə N.Paşinyan cinayət işinin açıldığını bildirdi. Ermənistan müdafiə naziri D.Tonoyanın da davranışı Panik hadisəsində N.Paşinyanın marağının olduğunu göstərir. 102-ci hərbi bazanın komandirinin müavini üzr istədi.Məsələ bununla bitməli idi. Sonradan D.Tonoyan 102-ci hərbi bazanın rəhbərliyi ilə görüşdü, hər iki tərəfin səhvinin olduğunu bildirdi. Əhalinin diqqətinə Rusiyanın yaxında kreditlə 200 milyon dollarlıq silah verdiyini yada saldı .D.Tonoyanın məqsədi məsələni böyütmək idi, böyütdü. Yəqin tapşırığı belə almışdı. Bilərəkdən və ya təsadüfən 102-ci hərbi baza ilə imzalanmış müqaviləyə yenidən baxılması məsələsini gündəliyə gətirdi. Bu Rusiya mətbuatında Rusiya sərhədçiləri ilə olan müqaviləyə yenidən baxılması kimi işıqlandırıldı.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq