Rusiyanın keçmiş rəhbərlərinin Ermənistanın yeni hakimiyyəti tərəfindən təqib edilməsi Moskvada "xüsusi qıcıqlanma" yaradıb. Bu barədə Publika.az saytı “Kommersant” nəşrinə istinadən bildirir. Rusiyanın keçmiş rəhbərlərinin Ermənistanın yeni hakimiyyəti tərəfindən təqib edilməsi Moskvada "xüsusi qıcıqlanma" yaradıb. Bu barədə Publika.az saytı “Kommersant” nəşrinə istinadən bildirir.

Rusiya İrəvana 100 milyon dollarlıq silah verəcəkmi? - Hərbi ekspertin cavabı

Rusiyanın keçmiş rəhbərlərinin Ermənistanın yeni hakimiyyəti tərəfindən təqib edilməsi Moskvada "xüsusi qıcıqlanma" yaradıb. Bu barədə Publika.az saytı “Kommersant” nəşrinə istinadən bildirir.

Xüsusi halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məhkəmə prosesinə cəlb edilməsi Kremli özündən çıxarıb. Mənbələrin sözlərinə görə, Rusiyada Ermənistanın indiki administrasiyasının hərəkətlərinin hərbi blokun imicinə zərbə hesab edirlər. Moskvada KTMT-nin baş katibi vəzifəsinə başqa ölkənin (KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan daxildir –RED.) vətəndaşının seçilməsini istisna etmirlər.

Qəzetin həmsöhbətləri qeyd edirlər ki, İrəvandakı yeni hakimiyyətin hərəkətləri ilə daha əvvəl uyğunlaşdırılan və dəyəri 100 milyon dollar qiymətləndirilən silah partiyasının Ermənistana çatdırılması sual altına düşüb.

Məsələ ilə bağlı AzNews.az saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ilə əlaqə saxlayıb.

E. Həsənli deyib ki, Azərbaycan bütün vasitələrdən istifadə edir ki Ermənistan silahlanmasın və dünyadan təcrid olsun. Bu da təbii haldır:

“Ermənistan beynəlxalq hüququn normalarını pozur. Əslində bunu ATƏT-in həmsədrləri, Amerika etməlidir. Ermənistana sanksiyalar tətbiq edilməlidir.”

E.Həsənli Ermənistanın tam müstəqil dövlət olmadığını və Rusiya səfiri ilə oradakı qüvvələr tərəfindən idarə edildiyini vurğulayıb:

“Ermənistan birdən-birə müstəqil addım atmaq istəyir. Lakin bunun heç bir əhəmiyyəti olmayacaq. Ermənistan bu siyasəti həyata keçirə bilmir. Rusiya hökuməti düşünür ki, zaman-zaman Ermənistana bəxşiş etdiyi torpaqlar Ermənistanı onlardan daimi olaraq asılı vəziyətdə saxlayacaq. Əslində Rusiya Ermənistanın Osmanlıya və bizə etdiyi xəyanəti gözardı etməməli idi. Hazırki vəziyyətdə Rusiyaya xəyanət heç də təəccüblü deyil. Tarix boyu Ermənistan üçün bu artıq adiləşmiş haldır. “

E. Həsənli həmçinin Ermənistanla Rusiya münasibətlərinin kəskinləşəcəyini bildirib:

“Həm Rusiya həm də İranla münasibətlər kəskinləşəcək. Ancaq Ermənistanın birdən-birə Rusiyadan qopması mümkün deyil. Rusiyanın orada ordusu var. Yaxın aylarda çox maraqlı hadisələr baş verəcək. Rusiya Sarkisyan, Paşinyan kimi rəqiblərini zərərsizləşdirib parlamentdəki seçkilərdə üstünlük əldə etmək istəyir. Ermənistanı isə acınacaqlı vəziyyət gözləyir.”

Pərvanə AĞAZADƏ
AzNews.az