- Köhnə - Siyasət
- 4 Avqust 2018 12:32
- 4 901
İlham Əliyev Putinə başsağlığı göndərdi
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
AzNews.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli Vladimir Vladimiroviç. “Mi-8” helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".