- Köhnə - Siyasət
- 6 Avqust 2018 19:06
- 6 108
Ordu bölmələri döyüş hazırlığı üzrə gecə-gündüz məşq etdirilir - Video
Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində yeni tədris dövrü başlayıb.
AzNews.az Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında bölmələr həyəcan siqnalı ilə məşq etdirilib.
Şəxsi heyətin praktiki vərdişlərinin, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və bölmələrin uzlaşmış fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi ilə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə praktiki təlim və məşğələlərin keçirilməsinə başlanılıb.