- Köhnə - Siyasət
- 11 Avqust 2018 11:32
- 3 778
"Dağlıq Qarabağla bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndiririk" - Hafiz Paşayev

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir.
AzNews.az Trendə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanda səfərdə olan Tacikistan Prezidenti Emoməli Rahmonun işitirakı ilə universitetdə keçirilən "Global Perspective Lecture Series" adlı mühazirələr çərmivəsində çıxışı zamanı deyib.
Rektor bildirib: “Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndiririk”.
Rektor vurğulayıb: “ADA və Tacikistan XİN arasında əməkdaşlıq barədə memorandum imzalanıb və artıq Tacikistandan ilk tələbə universitetdən təqaüd alıb. Ümid edirik ki, dünən imzalanan sənədlər nəqliyyat və iqtisadiyyat sahələrində yeni layihələrin icraısna gətirib çıxaracaq”.