Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu barədə konvensiya üzrə məsləhətləşmələr keçirməyi planlaşdırır. Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu barədə konvensiya üzrə məsləhətləşmələr keçirməyi planlaşdırır.

Xəzəryanı ölkələrin XİN müavinləri Azərbaycanda görüşəcəklər

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu barədə konvensiya üzrə məsləhətləşmələr keçirməyi planlaşdırır.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov deyib.

Nazir bildirib ki, qəbul olunmuş razılaşmalara əsasən bu görüş altı aydan gec olmayaraq keçirilməlidir.

Onun sözlərinə görə, bu məsləhətləşmələr Konvensiyada göstərilən razılaşmaların reallaşdırılmasına həsr olunacaq.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

AzNews.az