Filippində 6 bal gücündə zəlzələ

Cənub-Şərqi Asiya ölkəsi Filippinlər ərazisində 6 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidməti məlumatına görə, yeraltı təkanlar Samar adasının şimal-qərbində yerləşən Nena bölgəsində qeydə alınıb.

Zəlzələnin ocağı yerin təxminən 73,3 kilometr dərinliyində yerləşib və təkanlar ölkənin şərq sahillərindəki digər yaşayış məntəqələrində də hiss olunub.

Hadisədən sonra insan itkisi və ya ciddi dağıntı barədə məlumat verilməyib.

Mövsüm,

AzNews.az