İran mediası: ABŞ hərbi gəmisi vurulub -YENİLƏNİB

ABŞ və İran arasında aparılan atəşkəs danışıqları nəticəsiz qalıb. Pakistanda keçirilən görüşlərdən sonra tərəflərin yenidən masa arxasına qayıtması gözlənilsə də, son hadisələr gərginliyin artdığını göstərir.

Fars Xəbər Agentliyinin məlumatına görə, İran Ordusunun açıqlamasında ABŞ-yə məxsus hərbi gəminin vurulduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, ABŞ donanmasına aid gəmi Hörmüz boğazına daxil olmaq istəyərkən İranın xəbərdarlıqlarına məhəl qoymayıb və nəticədə 2 raketlə hədəfə alınıb.

İran tərəfi iddia edir ki, bu addım dəniz qüvvələrinin “sürətli və qəti reaksiyası” nəticəsində atılıb və ABŞ gəmilərinin boğaza daxil olmasının qarşısı alınıb.

Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.

14:13

ABŞ və İran arasında atəşkəs istənilən an pozula bilər.

İran mediası ABŞ hərbi gəmisinin vurulduğunu açıqlayıb.

TƏFƏRRÜATLAR TEZLİKLƏ

Mövsüm,

AzNews.az