Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən Sammit 22 ildir davam edən müzakirələrə, narazılıqlara son qoydu. Bəllidir ki, Xəzər dənizi zəngin karbohidrogen ehtiyatlara malik olduğundan ətraf ölkələrin hər biri üçün ciddi strateji önəm daşıyır. Amma uzun illərdir ki, 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirdi. Əsas mübahisə isə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılması ilə bağlı idi. Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən Sammit 22 ildir davam edən müzakirələrə, narazılıqlara son qoydu. Bəllidir ki, Xəzər dənizi zəngin karbohidrogen ehtiyatlara malik olduğundan ətraf ölkələrin hər biri üçün ciddi strateji önəm daşıyır. Amma uzun illərdir ki, 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirdi. Əsas mübahisə isə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılması ilə bağlı idi.

Xəzər konvensiyasına böyük maraq - 22 milyon xəbər

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən Sammit 22 ildir davam edən müzakirələrə, narazılıqlara son qoydu. Bəllidir ki, Xəzər dənizi zəngin karbohidrogen ehtiyatlara malik olduğundan ətraf ölkələrin hər biri üçün ciddi strateji önəm daşıyır. Amma uzun illərdir ki, 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirdi. Əsas mübahisə isə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılması ilə bağlı idi.

Amma çoxdandır gözlənilən Xəzərin statusu haqqında konvensiya hər ölkənin maraqları və ədalətiçərçivəsində imzalandı. Əvvəllər Xəzər dənizi SSRİ və İranın daxili su hövzəsi hesab olunurdusa, beynəlxalq hüquq doktrinası bu məsələdə SSRİ-İran razılaşmalarını qəbul edirdisə, indi sözügedən konvensiya əsas götürüləcək.

Xəzər dənizinin hüquqi statusunu təsbit edən bu yeni beynəlxalq konvensiya ümumilikdə 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi öz əksini tapıb.

Aktauda keçirilən sammitin gündəliyində isə üç əsas məsələ müzakirəyə çıxarılmışdı: Su hövzəsinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq, regional və qlobal təhlükəsizlik məsələləri. Bununla yanaşı, iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması, təhlükəsizlik mövzuları diqqət mərkəzində olan müzakirə mövzuları idi.

Xəzər - geopolitik su hövzəsi

Tam əminliklə demək olar ki, Xəzərin hüquqi statusunu müəyyən edən bu tarixi hadisə bütün dünyanın diqqətini özünə çəkə bildi. Çünki konvensiyanın imzalanmasına qlobal miqyasda böyük maraq vardı. Dünyanın müxtəlif ölkələrindən xeyli sayda jurnalist sammitin gedişini izləyirdi. Əlbəttə ki, bu, həm də Xəzərin yerləşdiyi geopolitik mövqe ilə bağlıdır. Çünki Xəzər adi su hövzəsi hesab olunmur. Onun dibində milyardlarla barrel neft və trilyonlarla kubmetr təsdiqlənmiş qaz ehtiyatları var.

Regionun qlobal nüfuzu, investisiya qabiliyyəti yüksələcək

Bu konvensiyanın Azərbaycan, eləcə də bütün Xəzəryanı dövlətlər üçün nə dərəcədə əhəmiyyətli olduğunu isə son günlərdə aparılan müzakirələr, səsləndirilən fikirlər bir daha təsdiq etdi. Son üç gündür ki, bu məsələ nəinki Azərbaycanın, bütün region ölkələrinin əsas gündəmini tutub. Xəzərşünaslar, iqtisadçılar, alimlər, dövlət və ictimai xadimlər həm konvensiyanın müddəalarını, həm də onun qlobal əhəmiyyətini geniş şəkildə şərh etdilər. Əsas ana xətt isə budur ki, Xəzərlə bağlı hüquqi müstəvidə hasil olan ortaq məxrəc bütün Xəzəryanı ölkələrin birgə əməkdaşlığını daha da gücləndirəcək və bütövlükdə, regionun qlobal müstəvidə nüfuzu, investisiya qabiliyyəti yüksələcək.

Bu məsələdə azərbaycanlı mütəxəssislərlə yanaşı, ictimaiyyət nümayəndələri və jurnalistlər də konkret mövqe nümayiş etirdilər. Xəzərin hüququi statusunun müəyyənləşməsi ilə əlaqədar ölkədə yayımlanan bütün kütləvi informasiya vasitələrində operativ xəbərlər, analitik məqalə və şərhlər yer aldı. Məsələnin bundan sonra da müntzəm şəkildə gündəmdə saxlanılacağına şübhə belə yoxdur.

Sevindirici haldır ki, bu tarixi hadisə təkcə Azərbaycanda deyil, bütün dünyada, ələxsus da Xəzər hövzəsi ölkələrinin gündəminə çevrildi. Azərbaycanla yanaşı, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın da ictimai-siyasi xadimləri, jurnalistləri Aktau sammitinə, imzalanan konvensiyaya eyni dərəcədə həssaslıq göstərdi.

Xəzərin hüquqi statusuna beynəlxalq münasibət

“Google” axtarış sisteminin imkanlarından yararlanıb beynəlxalq aləmin Xəzərin hüquqi statusu ilə bağlı məsələyə necə reaksiya verdiyini öyrəndik. Beləliklə, məlum oldu ki, təkcə ingilis dilində Xəzərin statusu ilə bağlı ümumilikdə 22 milyon nəticə var. 1.2 milyon nəticə isə sırf Aktau sammitinə həsr olunan xəbər, məqalə və şərhlərdir. Rus dilli resurlar üzrə isə yalnız Aktau sammiti ilə bağlı 4 milyondan çox nəticə var. Eyni kateqoriya üzrə Türk dilində olan nəticə 3 milyondur. Hələ digər dünya dillərində (fransız, ispan, çin) olan resursları demirik…

Təkcə bu statistika onu göstərir ki, bu həftə bütün dünyanın əsas diqqəti məhz Xəzərə, Xəzəryanı ölkərə yönəlib. Bu isə Xəzərin hüquqi statusunun müəyyənləşməsinin təkcə 5 dövlət üçün yox, beynəlxalq aləm üçün nə dərəcədə vacib olduğunu isbatlayır.

Beləliklə, Xəzərin hüquqi statusunun müəyyən edilməsi həm də region dövlətlərinin birgə əməkdaşlığı baxımından geniş imkanlar açır. 5 dövlət tərəfindən imzalanmış konvensiya bundan sonra Xəzərin təkindən istifadə edilməsinə dair atılacaq bütün addımların sərhədlərini müəyyənləşdirəcək.

Elgün MƏNSİMOV
AzNews.az