“El“ hərəkatı Rəsul Quliyevin partiyasına “qarmaq atdı“

Açıq Cəmiyyət Partiyası Ali Məclisinin sədr müavini, idarə heyyətinin üzvü Feyruz Quliyev və həmin qurumun Ali Məclisi və idarə heyyətinin üzvü Oqtay Mirzəyev partiyadan istefa verərək, "El" hərəkatına qoşulmasi haqqında bəyanatla çıxış ediblər.

"El" Hərəkatının mətbuat xidmətindən "Qafqazinfo" ya daxil olan məlumatda bildirilir ki, Feyruz Quliyev Respublika Vəkillər Kollegiyasının üzvü, Rusiya Akademiyasının professoru, hüquq elmləri doktoru, Beynəlxalq Hüquqşünaslar Assosasiyyasi Rəyasət Heyətinin üzvüdür.

Oqtay Mirzəyev uzun müddət elmi tədqiqatlara rəhbərlik edib və kimya elmləri namizədidir.

Açıq Cəmiyyət Partiyası sədrinin sabiq müavini, Ali Şurasınin və idarə heyətinin keçmiş üzvü olan Nizami Məmmədov da "El" hərəkatinin sıralarına qoşulub.

AzNews.az