Prezident İlham Əliyev bir neçə sərəncam imzalayıb. Prezident İlham Əliyev bir neçə sərəncam imzalayıb.

Prezident 3 yeni icra başçısı təyin etdi

Prezident İlham Əliyev bir neçə sərəncam imzalayıb.

Prezident İlham Əliyev Niyazi Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Prezident İlham Əliyev Vaqif Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Dövlət başçısının digər sərəncamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

AzNews.az