Xəbər verildiyi kimi, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Niyazi Müzəffər oğlu Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Xəbər verildiyi kimi, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Niyazi Müzəffər oğlu Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Ədalətli adamdır” - Aydın Mirzəzadə Gəncənin yeni icra başçısından danışdı

Xəbər verildiyi kimi, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Niyazi Müzəffər oğlu Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Milli Məclisdə Mingəçeviri təmsil edən deputat Aydın Mirzəzadə AzNews.az-a açıqlamasında bu təyinatın uğurlu olduğunu vurğuladı:

“Mən ilk növbədə, Gəncə şəhərinin abadlaşdırılmasında, yenidən qurulmasında Elmar Vəliyevin böyük əməyinin olduğunu qeyd etmək istəyirəm. Ona sağlamlığına qovuşaraq fəal həyata qayıtmağını arzulayıram. Niyazi müəllimlə isə artıq neçə illərdir ki, birgə işləyirik. İcra başçısı təyinatına qədər mən onu tanımırdım. Lakin Mingəçevir şəhərinin icra başçısı kimi o, özünü ancaq müsbət tərəfdən göstərdi. Xaraktercə çox ziyalı bir insandır. İstənilən məsələ ilə bağlı haqq-ədalətlə qərar verir. Kollektivlə işləməyi bacarır, kollektiv də hər zaman qarşılıqlı olaraq ona hörmət və etimad göstərib. Niyazi müəllimin hüquq-mühafizə orqanları ilə çox səmimi və etimadlı münasibəti var. Hər bir qurumun rəhbərliyinə və əməkdaşlarına çox hörmətlə yanaşır. Şəhərdə baş verən prosesləri daim diqqətdə saxlayır, insanlara açıqdır, onları dinləməyi bacarır. İstənilən məsələnin dərinliyini öyrənir, onun həll variantlarını nəzərdən keçirir”.

A.Mirzəzadə qeyd etdi ki, Niyazi Bayramov daim vətəndaşlarla sıx ünsiyyət qurur, onlarla birgə müzakirələr aparır: “O, bundan sonra da Mingəçevirin inkişafına böyük töhfə verən, mingəçevirliləri sevən, dəyərləndirən bir məmur kimi xatırlanacaq”.

“Əminəm ki, o Gəncədə də eyni prinsiplə işləyəcək və şəhərin bundan sonrakı inkişafı ilə bağlı çox maraqlı təkliflərlə çıxış edəcək”- deyə, deputat əlavə etdi.

Elgün MƏNSİMOV
AzNews.az