ABŞ səfirliyi təkzib etdi ABŞ səfirliyi təkzib etdi

“Con Kerri Məmmədyarova zəng etməyib“

ABŞ səfirliyi təkzib etdi



ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan XİN rəhbərinə telefon zəngi barədə məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Turan agentliyinə ABŞ səfirliyinin mətbuat xidmətindən Kerrinin NDİ və ATƏT ofisi ilə bağlı Məmmədyarovdan xahiş etməsini iddia edən Azərbaycan agentliklərindən birinin uydurmasını şərh edərkən bildiriblər.

"Dövlət Departamenti və Con Kerrinin şəxsi ofisi zəng haqqında məlumatları təkzib edir", deyə səfirliyin mətbuat xidmətindən bildiriblər.

Axşama doğru Azərbaycan XİN-in mətbuat xidməti də təkzib yayaraq, ABŞ dövlət katibliyindən zəng olunmadığını bəyan ediblər.


AzNews.az