"Xəyanət və rüşvət bağışlanmayacaq. Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb, rüşvət verirsə, həmin şəxslər cəzalandırılacaq". "Xəyanət və rüşvət bağışlanmayacaq. Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb, rüşvət verirsə, həmin şəxslər cəzalandırılacaq".

“Xəyanət və rüşvət bağışlanmayacaq” - Generaldan sərt xəbərdarlıq

"Xəyanət və rüşvət bağışlanmayacaq. Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb, rüşvət verirsə, həmin şəxslər cəzalandırılacaq".

AzNews.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyib.

Komitə sədri son 8 ayda aparılan islahatlar barədə də məlumat verib: "Dövlət Gömrük Komitəsinin indiyə qədər fəaliyyət göstərdiyi struktur ötən əsrin 90-cı illərindən qalmışdı. Komitənin idarə və şöbələri arasında bir-birinin funksiyalarını təkrar edənlər var idi. Bunu nəzərə alaraq onların bəziləri birləşdirilib".

S.Mehdiyev 8 ay ərzində həyata keçirilən dəyişikliklərdən danışaraq, bildirib ki, bu dəyişikliklərin ən önəmlisi Prezident İlham Əliyevin qərarına uyğun olaraq aparılan struktur dəyişiklikləridir: "Bundan başqa, elektron xidmətlər və daxili imkanlar hesabına sərhəd keçid məntəqələrində sıxlıq azaldıldı. Məsələn, əvvəllər "Sınıq Körpü" gömrük-keçid məntəqəsində sərnişin axını digər vaxtlarda 6 min nəfərə qədər olduğu halda, yay mövsümündə 17 minə qədər çatır. Hər ay DGK-nin hər sərhəd keçid məntəqəsindən 1,5 milyon insanın rahat gediş-gəlişini təmin edir. Bu isə rekord göstəricidir. Aparılan isıahatların nəticəsidir ki, bu gün Dövlət Gömrük Komitəsi vətəndaşlara keyfiyyətli xidmət göstərir".

AzNews.az