Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas sentyabrın 20-də deyil, 21-də keçiriləcək. AzNews.az xəbər verir ki, bu barədə "Report”a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas sentyabrın 20-də deyil, 21-də keçiriləcək. AzNews.az xəbər verir ki, bu barədə "Report”a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

Parlamentin 100 illiyinə həsr edilən iclasın vaxtı dəyişdi

Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas sentyabrın 20-də deyil, 21-də keçiriləcək. AzNews.az xəbər verir ki, bu barədə "Report”a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, iclasla bağlı hazırlıq işləri davam edir: "Tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb”.

Onun sözlərinə görə, yubiley tədbirinə 150 ölkənin parlamentlərinin nümayəndə heyəti qatılacaq: "Təntənəli iclasda iştirak üçün bu ölkələrdən 14-nün parlament sədri Bakıya gələcək, 13 ölkə sədr müavinləri, 11 ölkə parlamentlərarası işçi qrupları səviyyəsində təmsil olunacaq”.

O qeyd edib ki, tədbirdə 10-a yaxın beynəlxalq təşkilatın nümayəndə heyəti də iştirak edəcək. Ümumilikdə 40-a yaxın ölkənin nümayəndəsi yubiley tədbirinə qatılacaq.

A.Təvəkküloğlu təntənəli yubiley tədbirinin Milli Məclisin inzibati binasında keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

AzNews.az