Bu həftə İsveçdə Riksdaqa (parlament) seçkilər keçirildi. Kritik keçən seçkinin nəticəsi gözlənilməz oldu və ölkədə koalisiya hökumətinin formalaşdırılmasını daha da çətinləşdirdi. Hakim koalisiyadakı mərkəz-solçu Sosial Demokratlar Partiyası 28,4 faiz səslə birinci, mərkəz-sağçı Mötədillər Partiyası isə 19,2 faiz səslə ikinci yeri tutsa da hökuməti formalaşdırmaq hələ də mümkün olmayıb. Bu həftə İsveçdə Riksdaqa (parlament) seçkilər keçirildi. Kritik keçən seçkinin nəticəsi gözlənilməz oldu və ölkədə koalisiya hökumətinin formalaşdırılmasını daha da çətinləşdirdi. Hakim koalisiyadakı mərkəz-solçu Sosial Demokratlar Partiyası 28,4 faiz səslə birinci, mərkəz-sağçı Mötədillər Partiyası isə 19,2 faiz səslə ikinci yeri tutsa da hökuməti formalaşdırmaq hələ də mümkün olmayıb.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” - Müsahibə

Bu həftə İsveçdə Riksdaqa (parlament) seçkilər keçirildi. Kritik keçən seçkinin nəticəsi gözlənilməz oldu və ölkədə koalisiya hökumətinin formalaşdırılmasını daha da çətinləşdirdi. Hakim koalisiyadakı mərkəz-solçu Sosial Demokratlar Partiyası 28,4 faiz səslə birinci, mərkəz-sağçı Mötədillər Partiyası isə 19,2 faiz səslə ikinci yeri tutsa da hökuməti formalaşdırmaq hələ də mümkün olmayıb.

AzNews.az xəbər verir ki, İsveçin paytaxtı Stokholmda keçirilən seçkiləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev də müşahidə edib. Onunla həm sözügedən seçkilər, həm Azərbaycanın iç işləri, həm də Ermənistandakı proseslər barədə söhbət etdik:

- Stokholmda seçki prosesini izlədiniz. Seçkilər necə keçdi, ümumiyyətlə, İsveçdə seçkilər hansı sistemlə aparılır?

- İsveçdəki seçkiləri izləməyə 20 ilə yaxın müttəfiqilik etdiyimiz Moderat partiyasının dəvəti ilə getmişdik. AMİP-dən mən və baş katib Arzuxan Əlizadə orada iştirak etdik. Seçkilər hər zaman olduğu kimi səffaf, eyni zamanda, aktiv keçdi. İsveç insanları hər seçkidə öz seçki hüquqlarından məmnuniyyətlə istifadə edirlər. Eyni zamanda, səs verdikləri partiyalara qarşı da çox tələbkardırlar. Seçkilər orada proposional qaydada aparılır. Ölkədə konstitusiyalı monarxiya olduğu üçün höküməti parlament formalaşdırıb və idarə edir.

- Partiyaların seçkilərdə iştirakı necə təmin olunur, partiya öz namizədini hansı formada təqdim edir?

- Ümumiyyətlə, İsveç seçki sistemi Avropanın digər ölkələri ilə müqayisədə daha mükəmməldir. Namizədlərin müəyyənləşməsində dini, irqi ayrıseçkiliyə demək olar imkan verilmir. Məhz bu tolerantlığın səbəbidir ki, 1 nəfər əslən azərbaycanlı olan xanım milli parlamentə, iki namizəd isə ayrı-ayrı şəhər şuralarına seçildilər. Yüz ildən artıqdır ki, ölkədə iki əsas qüvvə seçkilərdə bir-birinə rəqibdir. Bunlar Sosial Demokratların rəhbərlik etdiyi sollar, və AMİP-in müttəfiqi olan Moderatların rəhbərlik etdiyi sağ mərkəzlərdir. Seçkilər zamanı hər iki partiya özünə ideya yaxınlığı olan partiyalarla koalisiya şəklində iştirak edir. Bu dəfə Sosial Demokratların 3 partiya ilə qurduğu koalisiya və Moderatların 4 partiya ilə qurduğu Alyans ittifaqı hərəsi 40 faiz səs topladı. Son iki seçkidə İsveçdə millətçiliyi təbliğ edən, miqrantlara qarşı olan millətçi İsveç Demokratları təxminən 18 faiz səs toplamaqla parlamentə düşüb. Heç bir partiyada 50+1 olmadığı üçün hökuməti formalaşdırmaq hələ mümkün deyil. Ona görə də hal-hazırda danışıqlar gedir. Amma hər iki koalisiya prinsipial olaraq millətçilərlə danışıqdan imtina edir. Ona görə də çox güman ki, əsas danışıqlar öz aralarında olacaq və bu da alınmasa, ən sonda təkrar seçkiyə gediləcək. Amma müşahidələrim onu göstərir ki, ümümi razılaşma olacaq.

- Bir az da özümüzdən danışaq, Real partiyasından İlqar Məmmədov azadlığa çıxdıqdan sonra AXCP cəbhəsində müəyyən gərginlik yaranıb. Bir növ İ.Məmmədovu əsas müxalifət lideri kimi görmək istəmirlər. Bu iki tərəfi bir-birinə qarşı qoyan faktorlar nələrdir?

- İlk növbədə, İlqar Məmmədovun azadlığa çıxmasını ölkədə siyasi münasibətlərin yumşaldılması cəhətindən pozitiv hal kimi qiymətləndirirəm. AMİP olaraq, biz hər zaman partiyalar arasında gərginliyin yaranmasına qarşı olmuşuq və digər partiyaları nəinki aşağılamışıq, hətta onların fəaliyyitini təftiş etməyə belə cəhd göstərməmişik. Baxmayaraq ki, özümüz bununla mütamadi qarşılaşmışıq. Biz hesab edirik ki, partiyalara, onların fəaliyyətinə qiyməti xalq verməlidir. Digər tərəfdən, kimliyindən asılı olmayaraq müxalifətçiliyi monopaliyaya almaq da yolverilməzdir. Kimin yaxşı-pis, güclü-zəif müxalifətçi olmasını müəyyən etmək haqqı xalqa və seçkilərdə seçicilərə aiddir. Odur ki, belə cəhdlərdə bulunanların da fikirlərini qəbul etmirəm.

- Ənənəvi müxalifət bəzən ümummilli məsələlərlərdə görünməz olur. Elə ki hakimiyyyət əleyhinə hər hansı bir hadisə və ya kampaniya oldu, dərhal üzə çıxıb reaksiya verirlər. Bu yanaşmaya münasibətiniz...

- Bayaq dediyim kimi, başqa partiyaları nədəsə ittiham etmək fikrindən hər zaman uzaq olmuşuq. Amma ümümmilli məsələlərdə kənarda qalan siyasi qüvvələrlə də hər hansı ünsiyyət və əməkdaşlıq qurmuruq. Amma bir nüans var ki, hansısa partiyanı ümümmilli məsələlərdə görünməz olması ilə bağlı ittiham etsən, dərhal bunu inkar edəcək. Kimsə özünün bu ittihamla üz-üzə qalmasına razılıq verməz. Belə hallar olarsa, bunu konkret faktlarla müəyyən etmək olar. Bir də görürsən, elə faktlar ortaya çıxır ki, bu məsələ onu irəli sürən tərəfdən milli məsələ kimi qəbul olunur, qarşı tərəf isə elə qəbul etmir. Yəni hərə öz həqiqətini müdafiə edir. Bir də ki, ümümmilli məsələlərin çərçivəsi çox dardır. O çərçivənin içində olan məsələyə göz yumulanda, yaxud qarşı gediləndə dərhal bilinir və ondan yayınmaq isə mümkün deyil.

- Bu gün AMİP-in sədr postu müzakirə olunan əsas məsələlərdəndir. İşlər nə yerdədir? Partiyanın növbəti qurultayı ilə bağlı gəlişmələr varmı?

- Onu deyim ki, AMİP bir növ parlamentli üsul idarəli dövlətlər kimidir. Nizamnaməyə görə, partiya katiblik sistemi ilə idarə olunur və Baş katib bu fəaliyyətə rəhbərlik edir. Siyasi və Mərkəzi Şura da öz yerində. Eyni zamanda, Baş katibin partiyanı təmsil etmək hüququ var. Yəni sədrin hələ seçilməməsi yaxşı hal olmasa da işlərin gedişiatına ciddi maneəsi yoxdur. Yeri gəlmişkən, nizamnamə ilə tənzimlənən bu idarətemə üsulu Azərbaycanda yalnız AMİP-dədir. Prinsip etibarilə, AMİP qurultayının keçirilməsi ilə bağlı texniki işlər yekunlaşıb. Yalnız məkan və gün təyin edilməsi qalıb. Bu istiqamətdə müzakirələr, məsləhətləşmələr davam edir. Biz də istəyirik ki, bu məsələ tez həll olunsun.

- Elşən müəllim, Ermənistan-Rusiya-Qərb münasibətləri barədə nə düşünrsünüz, sizcə, Paşinyan nə istəyir? Rusiya onun ikibaşlı oyunlarına nə qədər dözəcək?

- Paşinyan hakimiyyətə gələn gündən Ermənistanın Rusiya ilə münasibətlərinin əvvəlki qaydada davam edəcəyini, təmsil olunduqları iqtisadi, hərbi ittifaqlarda fəaliyyətlərini davam etdirəcəyini söyləyib və bu gün də belə deyir. Amma Rusiya sona qədər ona inanmadığı üçün narahatdır. Çünki Paşinyanın Qərb dairələri ilə bağlı olduğunu bilir. Belə hesab edir ki, Paşinyan möhkəmlənəndən sonra açıq şəkildə istiqamətini dəyişə bilər. Qərb bu yaxınlara kimi indiki hökumətə hər hansı yaxınlığını üzdə göstərmirdi. Bir müddət öncə ABŞ-ın Ermənistandakı səfiri bəyanat verərək Rusiyanı Ermənistandakı islahatlara mane olmamağa çağırdı. Bu da o mənaya gəldi ki, artıq ikibaşlı oynamaq vaxtı deyil. Rusiya isə öz işindədir. Odur ki, köhnə və inandığı kadrlarını, o cümlən, Koçaryanı dövriyyəyə buraxıb. Hazırda Qarbağ klanı və Paşinyandan narazı qüvvələrin təşkilatlanması prosesi gedir. Bunun özü onu deməyə əsas verir ki, artıq Rusiya hərəkətə keçib. Amma bir problem var ki, orta və aşağı təbəqə hələ də Paşinyanı dəstəkləyir. Rusiya bütün vasitələrdən istifadə etməklə heç vaxt Ermənistanın itirilməsinə imkan verməyəcək. Ola bilsin ki, son məqamda Qarbağ kartı ilə onu cəzalandırsın. Amma bu o demək deyil ki, bu addım problemin həllinə gətirib çıxaracaq. Biz belə hadisələrdən maksimum istifadə etməyə çalışmalıyıq, amma əsas hədəf özümüzün buna daim hazır olmağımızdır.

- Artıq rus biznesmenlər və bir çox siyasətçilər açıq şəkildə Paşinyandan üz döndərməkdədir. Proseslər hara gedir, sizcə?

- Erməni biznesmənlərin əksəriyyəti Qarbağ klanının dövründə - yəni Koçaryan - Sarkisyan dönəmində, təxminən 20 il ərizndə formalaşandır və onların keçmiş hakimiyyətdəkilərlə əlaqələri, hətta şərikliyi də var. Siyasətçilər də həmçinin. Onların bir hissəsi düşərgələrini dəyişməklə siyasi və iqtisadi təhlükəsizliyi qazanmağa çalışır, digər hissəsi isə açıq müxalifətə keçir. Rus biznesmenlərinə gəldikdə isə hesab edirəm bu, Kremldən gələn tapşırıqdır və cəza mexanizminin hələ ki, kiçik hissəsidir. Bütövlükdə, erməni iqtisadiyyatı rusların əlindədir. Hətta AES (Metsamor) kimi bir çox strateji obyektlər demək olar ki, Rusiyanın mülkiyyətidir. Sizcə, bunlardan imtina edilə bilərmi?!

- Elşən bəy, bəs ATƏT kimi bəzi beynəlxalq təşkilatların Ermənistanla, Dağlıq Qarabağla bağlı bir çox məsələlərə göz yummasını nə ilə izah etmək olar? Prezident İlham Əliyev də bu həftə ATƏT-in baş katibi ilə görüşündə bir daha bu məsələyə toxundu və ATƏT-i hadisələrə doğru və zamanında reaksiya verməyə çağırdı.

- Azərbaycan bu günə kimi Qarabağ problemini ATƏT-in ümidinə buraxmaqla vaxt itirib. ATƏT-in Minsk qrupunun işi hökumət və müxalifət tərəfindən çox tənqid olunub. Həmsədrlərin işi seyrək olaraq bölgələrə səfər edib monitorinq keçirtmək, hərdən xarici işlər nazirlərini əhəmiyyətsiz tədbirlərə yığmaq və bir neçə ildən-bir prezidentləri görüşdürməyə cəhd etməkdir. Onlar Qarabağ məsələsinə sanki dondurulmuş problem kimi baxırlar və görüşləri də statistika xətrinə edirlər. Ona görə də onlardan fəaliyyətlərini artırmağı tələb etmək lazımdır, ya da həmsədrlərin tərkibində köklü dəyişiklik edilməlidir. Bunlar olmayınca problemin həllini ATƏT çərçivəsindən çıxarıb BMT səviyyəsinə qaldırmaq lazımdır. Ona görə ki, azından, BMT-nin dörd qətnaməsi ortalıqdadır...

Elgün MƏNSİMOV
AzNews.az

image description