Şoyqu: "3+3" formatında işi bərpa etmək lazımdır

Cənubi Qafqazda "3+3" formatında işi bərpa etmək lazımdır.

Aznews.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Şoyqu Rusiya Milli Mərkəzində keçirilən MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə regionda nəqliyyat əlaqələrinin açılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

O, ümumilikdə Cənubi Qafqazdakı vəziyyətdə yaxşılaşma tendensiyasının olduğunu söyləyib.