Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salemsay Kommasith, Nepalın xarici işlər naziri Pradep Kumar Qiavali və Şri-Lankanın xarici işlər naziri Tilak Marapana ilə ikitərəfli görüşlər keçirdi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salemsay Kommasith, Nepalın xarici işlər naziri Pradep Kumar Qiavali və Şri-Lankanın xarici işlər naziri Tilak Marapana ilə ikitərəfli görüşlər keçirdi.

Elmar Məmmədyarov Nyu-Yorkda XİN başçıları ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salemsay Kommasith, Nepalın xarici işlər naziri Pradep Kumar Qiavali və Şri-Lankanın xarici işlər naziri Tilak Marapana ilə ikitərəfli görüşlər keçirdi.

XİN-dən AzNews.az-a verilən məlumata görə, görüş sentyabrın 28-də ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Görüşlər zamanı nazirlər siyasi əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndiriblər və təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildiriblər. Həmçinin tərəflər qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin münasibətlərin inkişafı baxımdan əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri və ikitərəfli gündəliklərdə duran bəzi məsələlər müzakirə olunub.