Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan söhbət rəsmi Yerevanın bu günədək irəli sürdüyü bütün iddiaların üzərindən xətt çəkir. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan söhbət rəsmi Yerevanın bu günədək irəli sürdüyü bütün iddiaların üzərindən xətt çəkir.

"Ermənistanın danışıqlar prosesinin əvvəlki formatının dəyişdirilməsi cəhdlərinə artıq son qoyuldu" - Siyasi ekspert

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan söhbət rəsmi Yerevanın bu günədək irəli sürdüyü bütün iddiaların üzərindən xətt çəkir.

Nikol Paşinyanın görüşdən dərhal sonra böyük sevinc hissi ilə açıqlama verməsi, atəşkəs rejiminə əməl olunması barədə razılığın əldə edilməsi ilə bağlı Bako Saakyana məlumat verməsi Ermənistanın baş nazirinin işğal altındakı Azərbaycan ərazilərində formalaşdırılmış qondarma rejimin danışıqlar prosesinə qatılması ilə bağlı mülahizələrini tamamilə təkzib edir.

Bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli bildirib. Ekspert qeyd edib ki, Nikol Paşinyanın bu açıqlaması separatçı rejimin Ermənistan rəhbərliyi tərəfindən idarə olunması faktını bir daha təsdiqləyir. Bu isə danışıqlar prosesinin davam etdirilməsinə maneə yaradan davakar ritorikanı, manipulyativ davranışları, tənzimlənmə prosesinin mahiyyətinə zidd olan əsassız yanaşmaları sıradan çıxarır, Ermənistanın danışıqlar prosesinin əvvəlki formatının dəyişdirilməsi ilə bağlı cəhdlərinə son qoyur.

E.Mirzəbəyli əlavə edib ki, bu söhbət, prinsip etibarilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Nikol Paşinyanın irəli sürdüyü iddiaların beynəlxalq birlik tərəfindən qəbul edilmədiyi, Azərbaycanın mövqeyinin birmənalı şəkildə qəbul edildiyi anlamına gəlir. “Mövcud vəziyyət danışıqlar prosesinin substansiv müstəvidə davam etdirilməsinə imkan yaradır. Ümid edirəm ki, Ermənistan yaranmış vəziyyətdən ciddi nəticə çıxaracaq və Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin tələblərinə əməl edəcək. Bu, Ermənistanın düşdüyü böhran vəziyyətindən çıxması üçün sonuncu şansdır”, - deyə siyasi ekspert vurğulayıb. (AZƏRTAC)

AzNews.az