KXCP Milli Şuraya neçə namizəd təqdim edib?

"Milli Şura ilə bağlı yekun siyahı bu qurum təsis edilənə qədər təşəbbüskarlarla birgə bir daha müzakirə olunacaq. Biz KXCP olaraq, Milli Şurada təmsil olunmaq üçün partiyamızdan 11 nəfərin namizədliyini irəli sürmüşük".

Bu sözləri AzNews.az-a açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, digər partiya və qurumlar da Milli Şuraya namizədlərini açıqladıqları belə bir siyahı irəli sürüblər.

Partiya sədrinin sözlərinə görə, həmin siyahılardan kimlərin Milli Şurada olacağı yekun müzakirədən sonra açıqlanacaq və siyahı mətbuata təqdim olunacaq. M.Mirəlioğlu bu yekun görüşün nə vaxt baş tutacağı ilə bağlı isə heç nə deməyib: "Milli Şura təsis edilməzdən əvvəl yəqin ki, bu görüş baş tutacaq".

Anar
AzNews.az