Abdulla Gül Oqtay Əsədovla görüşüb

Türkiyə prezidenti Abdulla Gül Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədovla görüşüb. Qeyd edək ki, O. Əsədov Türkiyəyə Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının IV iclasında iştirak etmək üçün gedib.

Cankaya köşkündə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq, eləcə də TürkPA-nın əhəmiyyəti barədə müzakirələr aparılıb.

Elnarə
AzNews.az
image description image description image description