Milli Şuranı ABŞ-a kim dəvət edib?


Zəfər Quliyev: "Təşəbbüskar ABŞ tərəfidir"

Milli Məclisin eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin Milli Şuradakı partiya rəhbərlərinin ABŞ səfərini təkzib etməsi qurumda ciddi narazılıqla qarşılanıb.

Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev bu barədə AzNews.az-a açıqlamasında bildirib ki, qurumun ABŞ səfərinin dəqiq vaxtı yaxın günlərdə açıqlanacaq: "ABŞ-a səfər olacaq, ancaq bu səfər vahid namizəd məsələsinin həllindən sonra reallaşacaq".

Z.Quliyev hazırda bu istiqamətdə danışıqlar getdiyini qeyd edib. Onun sözlərinə görə, Milli Şuranın ABŞ-a nəzərdə tutulan bu səfərində təşəbbüskar tərəf Birləşmiş Ştatlar tərəfidir.

Bahar Rüstəmli
AzNews.az