"İsa Qəmbərin namizədliyinin irəli sürülməsi üçün sənədləri hazırdır" "İsa Qəmbərin namizədliyinin irəli sürülməsi üçün sənədləri hazırdır"

Müsavatdan Milli Şuraya mesaj

"İsa Qəmbərin namizədliyinin irəli sürülməsi üçün sənədləri hazırdır"



"Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədlərin verilməsi məsələsinə Milli Şuranın avqustun 12-nə təyin etdiyi sessiyadan sonra baxılacaq".

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

O bildirib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycan Respublikası prezidentliyinə namizədliyinin irəli sürülməsi üçün ilkin zəruri sənədlər artıq hazırlanıb: "Sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün isə partiya Divanının yekun qərarına ehtiyac var".

G. Aslanlı qeyd edib ki, namizədliyin irəli sürülməsi iki mərhələdən ibarətdir: "Birincisi namizədliyin təsdiq olunması, ikincisi isə imza vərəqələrinin alınmasıdır. İmza vərəqələrinin MSK-ya təqdim olunması üçün son tarix sentyabrın 9-dur. Yəni məntiqi olaraq sentyabrın 9-na qədər də imza vərəqələrini təqdim etmək olar. Amma nəzərə alsaq ki, onun təsdiqi üçün 5 gün vaxt lazımdır, sonra isə imza vərəqələrini götürüb, imza toplamaz vacibdir. Yəni problemlər yaranmaması, namizədliyin qeydə alınması üçün sənədlər avqustun 15-dək MSK-ya təqdim olunmalıdır. Bundan sonra da cavab avqustun 20-dək verilməlidir. Bütün bu mərhələlərdən sonra isə imza toplamaq üçün 18 gün vaxt qalır".

AzNews.az