"Prezidentliyə namizəd olmaq istəyən İbrahimbəyov nə qədər yalan danışar?" "Prezidentliyə namizəd olmaq istəyən İbrahimbəyov nə qədər yalan danışar?"

“Milli Şura haqqında danışmağın mənası yoxdur“

"Prezidentliyə namizəd olmaq istəyən İbrahimbəyov nə qədər yalan danışar?"



Rüstəm İbrahimbəyov pasport məsələsini özü həll etmək istəmir. O, Azərbaycana gəlmək istəmir. Bu, açıq şəkildə əvvəlcədən də məlum idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək. Bunu cümə axşamı Trend-ə müxalif Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu bildirib ki, əgər Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcəksə, Milli Şuranın nəyəsə nail olmaq şansı gündəmdən çıxır: "Çünki Rüstəm İbrahimbəyovun arxasında müəyyən qüvvələr durdu və əgər o qüvvələr onun Azərbaycana gəlməyini təmin etmirsə, Milli Şuranın başqa heç bir namizədini dəstəkləməyəcəklər".

S.Cəlaloğlu deyib ki, Milli Şurada təmsil olunan partiyalar arasında da müəyyən qarşıdurma var: "Rüstəm İbrahimbəyov burada birləşdirici rol oynamağa çalışırdı və əgər o yoxdura, Milli Şurada birlikdən söhbət gedə bilməz. Belə ki, Rüstəm İbrahimbəyov variantı boykotdan daha yaxşı variant olduğuna görə, alternativ variantı qəbul etmirdilər. Rüstəm İbrahimbəyovla bağlı ümidləri var idi ki, o, birləşdirici fiqur olacaq. Əgər birləşdirici fiqur idisə, niyə ciddi bir iş görə bilmir? Müxalifəti nə İctimai Palata, nə xalq hərəkatı birləşdirə bilmədi, Rüstəm İbrahimbəyov necə birləşdirə bilər? Yəni bütün bunların hamısı seçki konyukturası üçün hesablanmışdı. Fikirləşirdilər ki, ya Rüstəm İbrahimbəyov Azərbaycana gəlməsə, boykot edərik, gəlsə də Rusiyanın vasitəsi ilə nəsə edərik. Əgər Rüstəm İbrahimbəyov Azərbaycana gəlmirsə, bu o deməkdir ki, Rusiyanın Azərbaycanda seçki proseslərinə qarışmaq fikri yoxdu. Qarışmaq fikri yoxdursa, deməli Milli Şuranın heç bir ciddi dəstəyi yoxdur. Belə olan halda orada nə birlik qalacaq, nə də başqa bir şey. Çox güman ki, partiyalar ayrılıb, hərəsi öz namizədi ilə gedəcək.Artıq Milli Şura haqqında danışmağın mənası yoxdur ".

S.Cəlaloğlu deyib ki, prezidentliyə namizəd olmaq istəyən Rüstəm İbrahimbəyov nə qədər yalan danışar? Nə qədər insanları aldadar?: "Neçə dəfə deyib gələcəm, gəlmir, deyirdi vətəndaşlığım yoxdu, sonra deyir var, indi deyir ki, mənə vətəndaşlıqdan çıxmaq lazım deyil ki. Mənim ikili vətəndaşlığım yoxdur. Əgər prezident olmaq istəyən şəxs xalqa bu qədər yalan deyirsə, deməli onun gələcəyi çox təhlükəli olacaq".

Qeyd edək ki, artıq Milli Şura daxilində AXCP və Müsavat Partiyaları arasında vahid namizəd məsələsində ciddi narazılıqlar mövcuddur.
Oktyabrın 9-da keçiriləcək prezident seçkisi ilə bağlı artıq 5 namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

AzNews.az